Gənc müğənni Aynişan Quliyeva repertuarına retro mahnı daxil edib. SİA-nın verdiyi xəbərə görə, Aynişan xalq artisti Elmira Rəhimovanın "Sən yadıma düşəndə" adlı mahnısını oxuyub. Aynişan bu mahnını anası əməkdar artist Aybəniz Haşımovanın məsləhəti ilə repertuarına daxil edib.
Qeyd edək ki, sözügedən mahnının sözləri Dəmir Gədəbəyli, musiqisi mərhum bəstəkar Elza İbrahimovaya aiddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB