"Üç bacı" serialında bu həftə bacıların evinə kənddən çağrılmamış qonaq gələcək. Qonaq gəldiyi gündən bu bacılara qan uddurur. Onların evdarlığı bacarmadığını, qonağa yaxşı baxmadıqlarını, səhər tezdən dura bilmədiklərini irad tutur. Hadisələrin belə gərginləşdiyi bir anda qonaq bacılara bir sirr açır. Bu sirrin nə olduğunu bilmək istəyənlər martın 14 və 15-i, saat 21:30-da Space-də "Üç bacı" filmini seyr edə bilərlər.
Nəzərinizə çatdıraq ki, "Üç bacı" serialı hər həftənin çərşənbə axşamı və cümə günləri tamaşaçıların görüşünə gəlir.
Qeyd edək ki, serialda, hamının sevimliləri olan əməkdar artistlər Dilarə Əliyeva, Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın canlandırdıqları obrazlar yenə də TV izləyiciləri tərəfindən maraqla qarşılanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB