Məşhur cütlüklər toylarına kimi dəvət etdi?

Məşhur cütlüklər toylarına kimi dəvət etdi?

Tanınmış cütlüklər olan aktrisa Cenifer Eniston və aktyor Castin Teriks toylarına dünya şöhrətli müğənni Adeli dəvət ediblər. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük bu təklifi 2013- cü ildə keçirilən "Oskar" mükafatı zamanı edib. Lakin Adelinin cütlüyün nigah mərasiminə gələcəyi hələlik məlum deyil.

Qeyd edək ki, məşhur cütlüyün toyu bu həftə olacaq.

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə