Rusiya gözəlini seçdi

Rusiyada 2013-cü il gözəllik müsabiqəsinin final mərhələsi keçirilib. Münsiflər heyəti sırasında 2012-ci il "Kainat gözəli" amerikalı Olivia Culpo ilə 2012-ci il "Dünya gözəli" çinli Yu Wenxia da iştirak ediblər. Müsabiqəni Sibir bölgəsində yaşayan 18 yaşındakı Elmira Abdrazakova qazanıb.

Sibir Dəmiryolları Universitetində oxuyan Elmira: "Bu duyğularımı heç cür təsvir edilə bilmərəm. Birinci olduğuma inana bilmirəm"- deyə qeyd edib.

Nəzərinizə çatdıraq ki, I olub 100 min dollar qazanan Elmira bu məbləği şəhəri üçün xərcləyəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə