Azərbaycanın əməkdar artisti Azərinin bu həftə Türkiyədə qonaqları Özbəkistandan Nilufər Hakimova və İraq Kərkükdən Ardal Mahmud olacaq. SİA-nın verdiyi xəbərə görə, Azərinin aparıcılığı ilə Türkiyənin TRT Avaz telekanalında təqdim olunan "Azərinlə bir Avaz" proqramında bu günə qədər türkdilli dövlətlərin bir çox tanınmış sənətçiləri, ziyalıları, sənət adamları qonaq olublar. Proqramda həmişəki kimi bu dəfə də türkdilli xalqların ortaq mədəniyyətindən, musiqisindən söhbət açılacaq. Azərin qonaqları üçün Azərbaycan əsərlərini ifa edəcək, Azərbaycan mədəniyyəti haqqında məlumat verəcək.
Hər həftə Azərbaycan vaxtı ilə saat 22:00-da təqdim olunan canlı proqrama tamaşaçıların internet vasitəsilə qoşulmaq və təəssüratlarını, arzu və istəklərini çatdırmaq imkanları da vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB