Azərbaycanın muğam ifaçısı İlahə İbadova köhnə mahnılardan söz açıb. İfaçı hazırda bu kimi mahnılara müraciət etdiyini deyib. SİA-ya açıqlama verən İlahə, köhnəlmiş musiqilərə davamlı kliplər çəkdirmək istədiyini dilə gətirib: "Hazırda mənim birinci amalım keçmiş mahnıları üzə çıxarmaqdır. Çünki bir çox köhnə mahnılarımız unudulub. Odur ki, onları ortaya çıxararaq yeni nəslə təqdim etmək istəyirəm. Onu da deyim ki, köhnəlmiş musiqiləri ifa etməklə yanaşı klip çəkdirməyi də düşünürəm. Klip çəkdirmək maddiyyat tələb etsə də, davamlı şəkildə kliplər çəkdirəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB