Publika.Az onun keçmişdə çəkdirdiyi fotoşəkillərini təqdim edir. Maraqlıdır, Samiraldo əsil kişi kostyumu və pozaları ilə nə demək istəyir? Özündən soruşduq, cavab isə bizi çox təəccübləndirdi.
"Mən həyatda çox seksiyəm. Sadəcə, işimlə bağlı başqa cür geyinmək və obrazda olmaq məcburiyyətindəyəm. Əgər bu şəkildəki kimi geyinsəm və görünsəm, qadın müştərilərimi ehtiraslandıra və qaçıra bilərəm. Onların ərləri mənə etibar etməzlər. Ona görə də məcburən işimlə bağlı başqa cür geyinirəm və elə görünürəm".
Samiraldonun dediyinə görə, bu fotolardan sonra ona saysız-hesabsız qızlar zəng edib tanış olmaq istəyiblər. Hətta evlənmək təklifləri də alıb. Amma o razılıq verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB