Məşhur cütlüyün yardımsevərliyi

Məşhur cütlüyün yardımsevərliyi

Tanınmış türk müğənnisi Ebru Gündeş də xeyriyyə işlərinə qoşulub. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, müğənni həyat yoldaşı azərbaycanlı biznesmen Rza Zerrabla xeyriyyə cəmiyyətinə qoşulub. Qüsurlu insanlara kömək məqsədi ilə təşkil olunmuş gecəyə cütlük birgə qatılıb. Onlar həmin şəxslərə 900 ədəd əlil arabası hədiyyə ediblər.

Nəzərinizə çatdıraq ki, bir arabanın qiyməti 1400 manatdır.

Qeyd edək ki, Rza Zerrab və Ebru Gündeş cütlüyü bundan əvvəl də 100 qüsurlu insana əlil arabası hədiyyə etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə