Məşhur Amerikalı müğənni Anastasia konsert turunu yarımçıq qoyub. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb amerikalı müğənninin döş xərçəngi xəstəliyindən əziyyət çəkməsi olub.
Nəzərinizə çatdıraq ki, müğənni bu xəstəliyə görə, 2003-cü ildə müayinə olunub. Lakin buna baxmayaraq Anastasia tam sağalmayıb. İfaçının dediyinə görə, hazırda vəziyyəti normaldır. Sənətçi onu da qeyd edib ki, konsert turunu yarımçıq qoyduğu üçün tamaşaçılar qarşısında özünü günahkar hiss edir. O, tezliklə sevənlərini sevindirəcəyinə söz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB