İki bacı haralara gedəcək?

Azərbaycanın əməkdar artisti Gülyanaz Məmmədova qarşıdan gələn Novruz bayramı üçün dəvət aldığı mərasimlərdən söz açıb. O, bayramla əlaqədar olaraq bir çox xarici ölkəyə səfər edəcəyini deyib. SİA-ya açıqlama verən əməkdar artist hətta həmin tədbirlərə bacısı Gülyanağın da dəvət aldığını dilə gətirib: "Qarşıdan Novruz Bayramı gəlir. Bununla əlaqədar olaraq Moskvaya dəvət almışam. Həmin tədbirdə keçmiş nazirimiz Polad Bülbüloğlu da iştirak edəcək. Azərbaycanda da Novruz bayramına görə tədbirlər olacaq. Sözügedən mərasimlərə bacım Gülyanağı da dəvət ediblər".

Bütün xəbərlər Facebook səhifəmizdə