"İntikam" teleserialı satıldı

Türk seriallarına xarici ölkələrin marağı artmaqda davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, son olaraq Kanal D telekanalının bu il başlayan və maraqla izlənilən teleseriallarından olan "İntikam" ərəb ölkələrində yayımlanan telekanallardan birinə satılıb.

Nəzərinizə çatdıraq ki, təxminən 20 Orta şərq ölkəsində izlənilən OSN telekanalında yayımlanacaq teleserialın baş rolunu tanınmış aktrisa Beren Saat canlandırır.

Qeyd edək ki, ərəb dilinə tərcümə olunacaq teleserial yaxın zamanlarda ərəb ölkələrində yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə