Ötən həftədən Türkiyəyə yerləşən müğənni Rəqsanə İsmayılova studiya çalışmalarına davam edir. SİA-nın verdiyi xəbərə görə, peşəkar musiqiçi Özgür Arkun və onun heyəti ilə çalışan Rəqsanə albom hazırlıqlarını tamamlamaq üzrədir. Virtual aləmdən yazışan Rəqsanə və əməkdar artist Zaur Əmiraslanov duet oxumağa qərar veriblər. İsmayılova həmkarını Türkiyəyə dəvət edib. Dəvəti qəbul edən Zaur yaxın günlərdə yola çıxacaq.
Rəqsanə bildirib ki, İstanbula gələndən hər gün səhərdən gecə saatlarına qədər mahnıların məşqlərində və studiya yazılışında iştirak edir: "Yorğun günlər keçirdirəm. Amma keyfiyyəti görəndə, yorğunluğu unuduram. Onu da deyim ki, İstanbulda yeni ev kirayələyərək, çalışmaq üçün özümə rahat məkan seçmişəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB