Gitara ustası səhnəni paylaşmaq istəmədi

Gitara ustası səhnəni paylaşmaq istəmədi

Azərbaycanın əməkdar artisti gitara ustası Rəmiş efirlərdə tez-tez görsənməməsinin səbəbini açıqlayıb. SİA-ya açıqlama verən sənətçi bəyəndiyi ifaçıların adlarını da söyləyib: "Efirlərdən kənar gəzirəm. Buna səbəb isə layiqli insanlarla eyni səhnəni bölüşməməyimdir. Mən sənətkarım. Odur ki, özüm kimi insanlarla ünsiyyət qurmalıyam. Sənəti olmayan müğənnilərin adlarını da çəkmək istəmirəm. Onu da deyim ki, hazırda Azərbaycanda bəyəndiyim bir çox sənətçilər dünyasını dəyişib. Tək onlardan xalq artisti Flora Kərimova qalıb. Cavanlardan isə Röya Ayxandır. O, xanım gözəl səsi və dostluğu var. Əgər o, yaxşı ifaçı olmasaydı onu Türkiyədə, Amerikada, Rusiyada bəyənməzdilər".

Bütün xəbərlər Facebook səhifəmizdə