Evini heyvanat baxçasına çevirən sənətçi

Evini heyvanat baxçasına çevirən sənətçi

Türkiyənin məşhur heyvansevər müğənniləri sırasında qabaqda gələn insanlardan biri də Ajda Pekkandır. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, superstar Beykozun Öğümce kəndindəki villasını sanki heyvanat bağçasına çevirib. Pekkanın evində 20 küçə pişiyi, kor və topal olan bir it ilə birgə onlarla küçə iti, tutuquşular və çoxlu sayda tısbağa var. Ajda Pekkan heyvanların yeyib-içməyi, baytar baxımı üçün ayda 3,5 min manat pul xərcləyir. Hətta evində olan heyvanlara baxıcılıq etmək üçün evdə sənətçi ilə birgə bir ailə də yaşayır.

Bu hərəkətin hamıya nümunə olmasını istəyən müğənni: "Dünyada ən çox inandığım sevgi körpələrin və heyvanların sevgisidir.Heyvanların isanlardan daha çox sadiq olduğu üçün hətta ayı belə almağı fikirləşirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə