“Rəqs”

Rep ifaçıları Elşad Xose və Miri Yusifin sonuncu albomlarında böyük rolu olan Mc.Murad yenidən hamını təəccübləndirib. SİA-nın verdiyi xəbərə görə, bu dəfə o, dərviş üslubuna müraciət edib. Murad rep ifaçısı Ramzeslə "Rəqs" adlı trek yazdırıb. Mahnının musiqisi Mc.Muradın özünə, sözləri isə Muradla Ramzesə məxsusdur. Bu trek də Mc.Muradın hazırladığı "Koma" adlı albomuna daxil olacaq. Yeri gəlmişkən Murad albomun promosu üçün də qeyri-adi video çarx hazırlayıb. Çarxın rejissoru İlkin Yusifdir.

Həm "Rəqs" trekini, həm də promo çarxı sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə