Müğənnilər bir arada nə etdilər?

Qarabağ müharibəsi qəhrəmanı İbad Hüseynova həsr olunmuş "İbadlar diyarı" adlı mahnının klip təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, sözügedən mahnını xalq artisti Flora Kərimova, əməkdar artistlər Alyanaq və Gülyanaq bacıları, müğənnilərdən Lalə Məmmədova və Səbinə Babayevə ifa ediblər.

Mərasimdə xalq artisti Flora Kərimova, əməkdar artistlər Gülyaz və Gülyanaq bacıları, Rəmiş, müğənnilərdən Lalə Məmmədova və Səbinə Babayevə, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə maraqlı anlar da yadda qalıb. Mərasimdə çıxış edən xalq artisti Flora Kərimova üzünü səbəbkara, İbad Hüseynova tutaraq "İbadlar diyarı" adlı mahnını kövrələrək yenidən canlı ifa etməyə başlayıb.

Mərasimdə iştirak edən qonaqlar bu kimi layihələrin tez-tez həyata keçməsini arzu ediblər.

Nəzərinizə çatdıraq ki, "İbadlar diyarı" adlı mahnının sözləri Gülşən Behbuda, musiqisi isə İmruzə Hüseynovaya məxsusdur.

Qeyd edək ki, tədbir zamanı "İbadlar diyarı" adlı mahnının klipi də nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə