Əməkdar artist Azərin millət vəkili Qənirə Paşayevanın "Qarabağ" kompozisiyasını Türkiyə səhnəsində səsləndirib. SİA-nın verdiyi xəbərə görə, Xocalı facəsinin ildönümü münasibətilə TRT Avaz telekanalında, "Azərinlə bir Avaz" verilişinin xüsusi buraxılışı olub. Proqramın aparıcısı olan Azərin həmin gecə səhnəyə xüsusi libasla çıxıb. Azərinin üzərində olan geyimdə "Xocalı"nı əks etirən yazılar diqqətdən kənarda qalmayıb. Qarabağ dərdimizi, özəlliklə Xocalı soyqırımını bir daha önə çəkmək məqsədilə millət vəkili Azərin xanımla birgə xüsusi kompoziya hazırlayıb. Sözləri Qənirə Paşayeva, musiqisi Zümrüd Tağıyevaya məxsus olan "Qarabağ" kompozisiyası həmin gecə ilk dəfə təqdim olunub. Bundan əlavə olaraq Azərin proqramında "Xoca" filmindən də təsirli kadrları da tamaşaçılara təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB