Azərbaycanlı rəqqasə həbs olundu ŞOK

Azərbaycanlı rəqqasə həbs olundu ŞOK

Rəqqasə Aytən Türkiyədə həbs olunub. SİA-nın verdiyi xəbərə görə, rəqqasə xanım 10 saata yaxın İstanbul polis əməkdaşları tərəfindən tədricxanada saxlanılıb. Onun saxlanılmasına səbəb milliyətcə erməni rəqqasəsinin başını boşqabla yarması olub. Aytən bu haqda Lider tv yayımlanan "Klip parad" verilişində də danışıb. O, verilişdə Top 10-da olan şou-biznes nümayəndələrinin, yəni xalq artisti Aygün Kazımovanın, əməkdar artisti Mətanət İsgəndərlinin, müğənnilərdən Röya Ayxanın, Nigar Camalın, Elçin Cəfərovun, Ramal İsrafilovun, Lalə Məmmədovanın, Zarinanın, Cahangir Qurbanovun, Nurlan Təhməzlinin kliplərinə rəy bildirməyi də unutmayıb. Xanım rəqqasə veriliş zamanı heç kimin bilmədiyi şəxsi həyatından da söz açıb. O, bunlarla kifayətlənməyərək Türkiyədə özü üçün rəqs paltarı tikdirdiyini dilə gətirib.

Nəzərinizə çatdıraq ki, Lider tv-də yayımlanan "Klip parad" verilişinin Aparıcısı Sami Oruc, Layihə rəhbəri Nail Naiboğlu, prodüsseri Pərviz Oktayoğludur. Sözügedən veriliş mart ayının 1-də, saat 16:45-də efirə gedəcək.

Qeyd edək ki, "Klip parad" verilişinin informasiya dəstəsi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə