Azərbaycanlı müğənninin "Qan yaddaşı"

Azərbaycanlı müğənninin "Qan yaddaşı"

Azərbaycanlı müğənni Əbdül Xaliddən yeni xəbər var. Sənətçi 26 fevral Xocalı faciəsinə həsr olunmuş klip çəkdirib. SİA-ya açıqlama verən Əbdül Xalid artıq klip çəkilişlərini tamamlandığını deyib: "26 fevral Xocalı faciəsinə həsr olunmuş "Qan yaddaşı" adlı layihə üzərində çalışıram. Demək olar ki, klip hazırdır. Sözügedən mahnının musiqisi Niyaməddin Musayevə, sözləri Bəxtiyar Vahabzadəyə, aranjimanı isə Bəbirə məxsusdur. Nəzərinizə çatdırım ki, bu mahnı 20 il öncə lentə alınıb. Onu da deyim ki, çox maraqlı layihə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə