Yaşar Cəlilovun gecəsində nələr baş verdi?

Yaşar Cəlilovun gecəsində nələr baş verdi?

Azərbaycanlı müğənni Yaşar Cəlilovun "Film kimi" adlı klipinin təqdimat mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə sənətçinin dostları da iştirak edib. Müğənnilərdən Elariz Məmmədoğlu, Ramal İsrafilov, Əbdül Xalid, Emin Bədəlov, İlahə İbadova, Orxan Babazadə, Roza Zərgərli, prodüsser Vüsalə Kərimova, rejissor Ceyhun Kərimov, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbir maraqlı məqamlarla yadda qalıb. Mətbuat konfransı zamanı klipin dayanması gecənin ahəngini pozub.

Daha yadda qalan an isə mərasimə qonaq qismində qatılan Ramal İsrafilovun özünə qapılaraq kənarda əyləşməsi olub. İdman üslubuna üstünlük verən müğənni yalnız səbəbkarın klipinə baxmaqla kifayətlənib.

Nəzərinizə çatdıraq ki, tədbirdə Yaşar tortu kəsən zaman müğənni Roza Zərgərlinin kremi burnuna yaxması gecəyə daha da rəngarənglik qatıb.

Qeyd edək ki, "Film kimi" klipinin rejissoru Ceyhun Kərimov, operatoru Anar Məmmədov, stilist-montajçısı isə Azər Aslandır. "Cumeyra" otelində ekranlaşdırılan klipdə qlamur görüntülərdən istifadə olunub. Klipdə Yaşar Cəlilovun tərəf müqavili obrazında Leyla Şirinova adlı xanım çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə