Bir-birlərindən ayrıla bilmirlər

Bir çox Azərbaycan tamaşaçısının maraqlı izlədiyi "Lale Devri" teleserialının Zümrüdü Hatice Aslandan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa uzun müddətdir, özündən yaşca balaca həmkarı Kenan Ece ilə eşq yaşayır.

Bəzən müəyyən ayrılıqlar yaşasalar da cütlük bir-birindən ayrıla bilmir. Bir neçə gün bundan əvvəl restoranların birində yemək yeyən sevgililər çıxışda jurnalistlərdən qaça bilməyib. Son ayrılıqlarından sonra ilk dəfə birlikdə görüntülənən cütlük əlaqələri haqqında danışmaqdan çəkinib.

Bütün xəbərlər Facebook səhifəmizdə