Müğənni Elariz Məmmədoğlu Azərbaycanda konsert verməyin qəliz məsələ olduğunu deyib. O, idarə etdiyi el şənliklərini konsertə bənzədib. SİA-ya açıqlama verən Elariz türkiyəli sənətçilərin Bakıda konsert verən zaman anşlaq olmasının səbəblərini də açıqlayıb: "Azərbaycanda konsert keçirmək çox çətin məsələdir. Amma mənim bəzən idarə etdiyim el şənlikləri konsertə bərabər olur. Onu da deyim ki, türkiyəli sənətçilər Azərbaycana gələndə konsert verdikləri məkanın zalı insanla dolu olur. Buna səbəb isə tamaşaçıların onları ancaq televiziya vasitəsilə görməsidir. Odur ki, onları canlı görüb dinləmək üçün konsertlərinə təşrif buyururlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB