Müğənni avtomobil qəzası keçirdi

Bəzi saytların verdiyi məlumata görə, bir neçə dəqiqə əvvəl müğənni Günay İbrahimlinin idarə etdiyi "Nissan" markalı avtomobil "Opel" markalı avtomobillə toqquşub.

Hadisə Bakının mərkəzində, "Abşeron" mehmanxanasının yaxınlığında, yerli telekanallardan biri üçün aparılan çəkiliş zamanı baş verib. Hadisə zamanı xəsarət alan olmayıb. Araşdırma üçün polis çağırılıb.

Məsələ ilə bağlı Günayın prodüsseri Təranə Səmədova ilə telefon əlaqəsi yaratdıq. Prodüsser SİA-ya açıqlaması zamanı bunları dedi: "Hal-hazırda Günayın vəziyyəti yaxşıdır. Maşını ustaya təhvil vermişik. Avtomobilə dəyən ziyanı isə qarşı tərəf ödəyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə