Məhşur sənətçi jüri olacaq

Xəbər verdiyimiz kimi "Gangnam Style" mahnısı ilə internetdə bütün rekordları qıran, tanınmış pop - müğənni Park Ce-Sang (PSY) fevralın 20-də gecə Türkiyəyə səfər edəcəkdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, sənətçi Cənubi Korea Hava Yollarına məxsus təyyarə ilə Seuldan birbaşa İstanbula uçub.

Fevralın 22-də o, İstanbulda keçiriləcək "Blue Night" ("Mavi gecə") Festivalında səhnəyə çıxacaq.

Qeyd edək ki, konsertdən öncə PSY Acun Ilıcalının "Yetenek sizsiniz" proqramında jüri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə