Gənc müğənni Cavidan Novruz tezliklə yeni mahnısına klip çəkdirəcək. Bu barədə SİA-ya müğənninin özü məlumat verib.
C. Novruzun sözlərinə görə, "Yaşandı bitdi" adlanacaq yeni mahnının çəkilişləri bazar günündən etibarən başlayacaq: "Hazırda bütün qüvvəmi yeni klipimin çəkilişlərinə saxlayıram. İnanıram ki, klipim çox maraqlı olacaq. Mahnım artıq radiolarda ən çox səslənən ifalar sırasında yer alıb. Artıq hazırlıq işləri gedir. Bu mahnıya klip çəkdirmək ən böyük arzumdur, çünki bəstəsi mənə məxsusdur. Klipin mövzusu adından da göründüyü kimi yaşanıb bitən sevgi haqqında olacaq".
Qeyd edək ki, ifanın musiqisi Cavidan Novruza, sözləri Leyliyə, aranjemanı isə Rasim Məmmədova aiddir.
Mahnıya aşağıdakı videoda qulaq asa bilərsiniz:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB