Tanınmış prodüsser kimə ikiüzlü dedi?

Tanınmış prodüsser kimə ikiüzlü dedi?

"Kristal" qızlar qrupunun rəhbəri, tanınmış prodüsser Mədinə Məlik qalmaqallardan söz açıb. O, şou-biznesdəki söz-söhbətlərdən uzaq gəzdiyini deyib. SİA-ya açıqlama verən Mədinə xanım rəhbərlik etdiyi "Kristal" qrupunun ünvanına deyilən xoşagəlməz sözlərə cavab verəcəyinə hər zaman hazır olduğunu xüsusilə diqqətə çatdırıb: "İllər öncə adım bir çox qalmaqallarda hallanırdı. Hazırda isə söz-söhbətlərdən kənardayam. Ancaq rəhbərlik etdiyim "Kristal" qrupunun ünvanına kimsə xoşagəlməz sözlər desə, cavabını verməyə hazıram. Onu da nəzərinizə çatdırım ki, xalqımız mənə və qrupumun qızlarına çox hörmətlə yanaşır. Buna səbəb isə iki üzlü olmamağımızdır. Odur ki, bu hörməti özümüz qazanmışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə