Tarzən kimi sevilən və son aylar dostlarının təkidi ilə ifaçı kimi də fəaliyyət göstərən Humay Qədimovadan yenilik var. SİA-nın verdiyi xəbərə görə, müğənni xalq artisti Elmira Rəhimovanın "İntizardayam" adlı mahnısına müraciət edib. Elmira xanım mahnının hallalığını verib və Humaya uğurlar arzu edib. "İntizardayam"a sənətkardan sonra nadir hallarda müraciət edildiyini nəzərə alan Humay onu öz ifasında yeniləyib.
H.Qədimova əvəzolunmaz sənətkarla müştərək layihə də düşünürdü. Lakin Elmira xanım səhhətinin bunu həyata keçirməyə imkan vermədiyini təəssüflə bildirib. Humay Elmira xanımın mahnısını oxuyandan sonra onu böyük sənətkarlarımıza da dinlədib. Peşəkar musiqiçilər onun seçimini və ifasını alqışlayıb. Humay Elmira xanım və ümumiyyətlə, korifey sənətkarlardan hər zaman bəhrələnəcəyinə söz verib. Həmin mahnıları gənc nəslə aşılayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB