Türk tamaşaçısının maraqla izlədiyi "Fatmagülün Suçu Ne" teleserialının Kerimi - Engin Akyürəkdən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yaraşıqlı aktyor yeni layihə üzərində çalışır. Engin Akyürəklə birgə Cansu Dere də həmin yeni layihədə rol alıb.

Nəzərinizə çatdıraq ki, Ece Yörenç və Mələk Gençoğlunun ssenaristi olduğu teleserialda Cansu Dere və Engin Akyüreyin hər bölümə alacaqları pulun məbləği də müəyyənləşdirilib. Engin Akyürək 20 min manat, Cansu Dere isə 15 min manat alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə