Ata qızına dəstək oldu

Böyük türk sənətçisi Hülya Avşarın qızı Zehra Çilingiroğludan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Zehranın bir neçə gün bundan əvvəl kafedə sevgilisi ilə qucaqlaşdığı anda çəkilən fotoşəkilləri yayılmışdı. Bu səbəbdən də çətin günlər yaşayan Zəhra, hətta, bütün gününü evdə keçirirdi. Bütün bunlara baxmayaraq, Zəhra keçdiyimiz günlərdə atası Kaya Çilingiroğlu ilə görüntülənib. Onlar restoranların birində şam yeməyi yeyiblər. Onlara ailə dostları da yoldaşlıq edib. Restorandan çıxan zaman mətbuat nümyəndələrinin önündə bir-birləri ilə qucaqlaşıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə