Gənc qızların sevimlisi Çağatay Ulusoydan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, son olaraq "Emirin Yolu" teleserialı ilə ekranlarda olan aktyor yeni layihə üzərində çalışır. Bir neçə həftə bundan öncə narkotiklərə qarşı mübarizə polisinin keçirdiyi əməliyyat nəticəsində nəzarət altına alınan məşhur aktyorun bir müddət teleseriallardan uzaq olacağı iddia edilib.
Ulusoyla müqavilə imzalayan məşhur ssenariçi Ece Yörenç sosial şəbəkələrdən birində: "Çağatay Ulusoyun rol alacağı proyektimizdə heç bir dəyişiklik yoxdu. Hər şey yolundadır. Belə xəbərləri kimin yaydığını mən də bilmirəm. Çağatayla yolumuza davam edirik", - deyə qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB