Müğənni Rövşən Civişov bu dəfə retro mahnısına üstünlük verib. SİA-nın verdiyi xəbərə görə, ifaçı "Onu bağışlamaq olarmı" filmdə səslənən mahnıya müraciət edib. Sözügedən mahnının musiqisi Tofiq Quliyevə sözləri isə Zeynal Cabbarzadəyə məxsusdur. Mahnının yeni aranjimanı Yaşar Baxışa məxsusdur.
Mahnının səs yazısında xalq artisti Flora Kərimova da iştirak edib və gənc duet ortağının ifası haqqında yüksək fikirlər söyləyib:" Rövşənin oxuduğu musiqini çox sənətkarlar oxuyub və gözəl alınıb. Amma mən mahnını Rövşənin ifasında sevdim. Düşünürəm ki, müasir dövrdə bu mahnının ən uğurlu ifaçısı məhz Rövşəndir".
Sənətkarın sözlərindən ilham alan Rövşən yeni mahnısı haqqında öz münasibətini bildirib: "Bundan sonra daha çox retro mahnılarına üstünlük verəcəm. Onu da deyim ki, bəzi müğənnilər buna cəsarət edə bilmirlər. Çünki ifa mədəniyyəti böyük risk tələb edir. Çox sevinirəm ki, ifam bəyənilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB