"Miss Turkey 2011" gözəllik müsabiqəsində 2-ci yeri tutan aktrisa Gizem Karacadan xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa həyatında yeni bir səhifə açmağa qərar verib. Karaca "Emirin Yolu" teleserialındakı həmkarı Çağatay Ulusoy kimi narkotik əməliyyatından sonra evini dəyişmək qərarına gəlib.
Nəzərinizə çatdıraq ki, Gizem Karaca yeni evinin şəkillərini sosial şəbəkələrdən birində paylaşıb.
Qeyd edək ki, aktrisa bir neçə həftə bundan əvvəl narkotik əməliyyatlarında polis tərəfindən nəzarətə alınıb və üç gün sonra həbs edilmədən sərbəst buraxılıb. Karaca ilə yanaşı həmkarı Çağatay Ulusoy,Yusuf Akgün və başqa tanınmış simalar da polis tərəfindən nəzarətə alınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB