Atasının vəfatından sonra ilk dəfə səhnədə

Atasının vəfatından sonra ilk dəfə səhnədə

Bir çox Azərbaycan tamaşaçısının dinlədiyi məşhur musiqiçi Hande Yenerdən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənni bir neçə gün bundan əvvəl Uludağda konsert verib. 2012-ci ilin 31 dekabrında atasının vəfat etməsi ilə əlaqədar yeni il gecəsi konsertini ləğv edən müğənni atasının ölümündən sonra ilk dəfə konsert verib. 40 günlük yas müddətindən sonra yenidən səhnələrə qayıdan Yener verdiyi açıqlamada: "Atamın ölümündən sonra mənə zəng edənlər də oldu, etməyənlər də. İnsan belə vaxtlarında dostu, düşməni ayıra bilir."- deyə qeyd edib.

Nəzərinizə çatdıraq ki, Hande Yeneri 01:30-da başlayan konsertdə rəqsçi qrupu yoldaşlıq edib.

Qeyd edək ki, Hande Yeneri dinləməyə gələnlər arasında bir çox tanınmış müğənnilər, o cümlədən Murat Dalkılıç da olub.

Bütün xəbərlər Facebook səhifəmizdə