Azərbaycanın əməkdar artisti Abbas Bağırov yeni layihələr üzərində çalışır. Hətta müğənninin qısa film ərsəyə gətirmək fikri də var. SİA-ya açıqlama verən Abbas yeni duetlərinin olacağını da diqqətə çatdırıb: "2013-cü ildə "Vətənim Azərbaycan" adlı yeni layihəm işıq üzü görəcək. Sözügedən layihəni Etibar Babayevlə birgə çalışacağıq. Çox böyük layihədir. Dəmək olar ki, 10-12 dəqiqəlik film olacaq. Sözləri və musiqisi mənə məxsusdur. Onu da nəzərinizə çatdırım ki, xalq artisti İlhamə Quliyeva ilə birgə duet oxumuşuq. Amma İlhamə xanımdan başqa yeni duet ortaqlarım olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB