SİA-nın məlumatına görə, "Star" TV-də yayımlanan "Yetenek sizsiniz" verilişinin azərbaycanlı iştirakçılardan olan "Nato" adlı rep qrupunun səhnə şousunu münsiflər kürsüsündə oturan aparıcı Acun, müğənni Hülya Avşar və futbolçu Sergen Yalçın maraqla izləyib. Hətta onlar "bu, əsl final şousu idi" deyərək, qrupu tərifləyiblər.
"Nato"nun çıxışında ən maraqlı anlardan biri də səhnədə Bakı ilə bağlı çarxın nümayiş edilməsi olub. Azərbaycanlı reperlər 82 faiz səs toplayaraq, finala vəsiqə qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB