Tanınmış müğənni Ebru Gündeşdən xəbər var. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bir neçə gün bundan əvvəl konsert verən sənətçi səhnəyə Amerikalı ulduz Kim Kardaşyanın livanlı modelyeri Abed Mahfouzun hazırladığı bənövşəyi paltarla çıxıb. Üç saat səhnədə qalan müğənni geyimi ilə tamaşaçılar tərəfindən bəyənilib. Məşhur ulduz konsertin ikinci hissəsində isə qızıl sarısı paltarla göz oxşayıb.
Nəzərinizə çatdıraq ki, konserti izləməyə 450 adam gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB