Azərbaycanlı müğənni Orxan Babazadə efirlərdən uzaq düşməyinin səbəbini açıqlayıb. Orxan telekanallarda az görünməyinin səbəbini təhsili ilə əlaqələndirib. SİA-ya açıqlama verən gənc ifaçı bu il universitetini qurtaracağını söyləyib: "Mənə çox sual verirlər ki, niyə efirlərdə çox görünmürəm? Bunun tək səbəbi xaricdə təhsil almağımdır. Ona görə də teleməkanlardan kənar düşmüşəm. Yaradıcılığıma çox vaxt sərf edəndə universitetdə problemlərim yaranır. İnşallah bu il təhsilimi sona çatdıracam. Bundan sonra tamaşaçılarım məni efirlərdə daha tez-tez görəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB