Ən çox qazanan müğənni

Türkiyənin məşhur sənətçisi Hadisə 2012-ci ilin ən çox qazanan pop müğənnisi adına layiq görülüb. Keçən il hər biri 35 min manatdan 120 konsert verən Hadisə cəmi 8 milyon 400 min manat qazanıb. "O Ses Türkiyə" proqramında münsiflər heyətinə üzv olduğu üçün həftədə 25 min manat qazanan sənətçinin bu sahədən illik qazancı 1 milyon 200 min manat olub. Proqramın reytinqi sayəsində gündəmdə olan Hadisəyə reklam təklifləri də ediblər. "Trendyol" və "Nestle" başda olmaqla 5 firmanın reklamlarında oynayan müğəninin bu sahədə qazancı isə 1,2 milyon manatdan çoxdur.

Nəzərinizə çatdıraq ki, geyimə, aksesuara, lüks yaşamağa üstüklük verməyən Hadisə sərmayələrini daşınmaz əmlaka çevirir.

Bütün xəbərlər Facebook səhifəmizdə