Xalq artisti həmkarını məsxərəyə qoydu

Xalq artisti həmkarını məsxərəyə qoydu

Azərbaycanın xalq artisti Səməd Səmədov yenidən həmkarı Əli Mirəliyev haqda danışıb. Əli Mirəliyevin onun ünvanına xoşagəlməz sözlər deməsinə baxmayaraq kin saxlamadığını deyib. SİA-ya açıqlama verən xalq artisti "mehriban düşməni" ilə bağlı maraqlı hadisəni də danışmağı unutmayıb: "Hərbi hissələrin birində Əli Mirəliyev avtomobildən düşərək mənə yaxınlaşdı və mən ondan soruşdum ki, Əli nə məsələdir? Uzun zamandır ki, mənim haqqımda qeybət etmirsən. Ona görə də xalqımız sənin söz-söhbətlərin üçün darıxıb. Xahiş edirəm bu gün efirlərə çıx və mənim ünvanıma xoşagəlməz sözlər de. Haqqımda elə qeybət et ki, camaatımız məni unutmasın. O da mənim bu sözlərimə gülərək "baş üstə" dedi. Onu da deyim ki, Əli Mirəliyevlə düşmən deyiləm. Qoy, nə qədər istəyir danışsın. Nəzərinizə çatdırım ki, yaxşının arxasınca hər zaman qeybət edərlər".

Qeyd edək ki, xalq artisti Səməd Səmədovla Əli Mirəliyevin uzun zamandan bəri münaqişələri davam etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə