Azərbaycanlı müğənniyə kimlər dəstək oldu?

Azərbaycanlı müğənniyə kimlər dəstək oldu?

Məhşur müğənni İradə İbrahimova türkiyəli musiqiçilərlə əməkdaşlığını davam etdirir. SİA-nın verdiyi xəbərə görə, o, çalışdığı heyətlə sənət karyerasına uğur gətirəcək layihələrə qoşulub. Ən başlıcası həyat yoldaşı Ceyhun İzərdən dəstək alan İradə studiya hazırlıqlarına da bəzən onunla birgə gedir. Hazırda Türkiyədə olan sənətçinin mahnı hazırlıqları tamamlanır. Növbəti mərhələ də onları sinql şəklində buraxacaq.

Qeyd edək ki, İradə xanımın dəstək aldığı türkiyəli məhşurlardan Murad Dalkılıc, Ozan Çolaqoğlunun sıralarına müğənni Gülşən də qoşulub. Belə ki, studiyaya gələn Gülşən İradə ilə söhbətdən sonra səsini dinləmək istədiyini bildirib. Həm səs yazısını, həm canlı şəkildə sənətçimizə qulaq asan Gülşən, xoş sözlərinin ardınca İradəyə dəstək olacağını bildirib. Sözünün ağası olan Gülşən artıq bir neçə dəfə studiyaya gələrək, İradə İbrahimovanın çalışmalarını izləyib. Bir-biriləri ilə təcrübələrini bölüşən sənətçilər gələcəkdə əməkdaşlıq edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə