Müğənni efirlərdən niyə qaçır?

Müğənni efirlərdən niyə qaçır?

Azərbaycanın gənc ifaçısı Kamil Cəfərov tez-tez efirlərə çıxmağın əlehinə olduğunu deyib. O, ancaq yeniliklər edərək televiziya məkanlarında yadda qalmaq istədiyini dilə gətirib. SİA-ya açıqlama verən Kamil tamaşaçılarına yeni mahnılarının və kliplərinin olacağına da vəd verib: "Efirlərdə tez-tez görünmək istəmirəm. Ancaq yeniliklər edərək sevənlərimin qarşısına çıxmaq istəyirəm. Onu da nəzərinizə çatdırım ki, bu yaxınlarda yeni mahnılarım və kliplərim işıq üzü görəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə