Azərbaycanın əməkdar artisti Tünzalə Ağayevanın yaradıcılığında yeniliklər var. O, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız haqqında mahnı yazır. SİA-ya açıqlama verən əməkdar artisti konsert verməyi düşündüyünü də deyib: "Cənubi Azərbaycan mövzusunda silsilə mahnılar yazıram. Hətta albom buraxmaq fikrim də var. Mahnılarımda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın yaşayış tərzini xüsusilə diqqətə çatdıracağam. Eyni zamanda musiqilərimdə bir-birimizə ayrı qaldığımızı da göstərəcəyəm. Yeni layihələrimdən biri isə böyük şairimiz Rafiq Zəka Xəndanın "Arazam Kürə bəndəm" bayatı tipində olan şeirinə mahnı yazmaqdır. O, şeir məni çox təsir altına aldı. Odur ki, o şeirə mahnı yazıb oxumaq istədim. Hazırda sözügedən musiqinin üzərində çalışırıq".
Qeyd edək ki, Tünzalə Ağayeva konsertlər verməyi də düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB