Tanınmış rəqqasə Fatimə qəzəblənib. Bu barədə SİA-ya açıqlama verən rəqqasə bildirib ki, qəzəbinin səbəbi bəzi internet portallarının qızının fotolarından istifadə edərək, haqqında xəbərlər yazmasıdır.
O, şəxsi həyatının mediada işıqlandırılmasının əleyhinə olduğunu söyləyib: "Bu nə deməkdir axı? Məni şou-biznesdə olan bəzi insanlarla səhv salıblar deyəsən? Mən şəxsi həyatımın, övladımın mediada işıqlandırılmasının tərəfdarı deyiləm. Ovcumun içində övlad saxlayıram ki, hansısa media nümayəndəsi ondan yazsın? Övladım barədə nə isə yazıb, özlərinə reytinq yığmasınlar. Etdikləri hərəkətə diqqət etsinlər. Baxsınlar, görsünlər kimə, nə edirlər?! Heç vaxt şəxsi həyatımdan reklam kimi istifadə etmədim. Elə ona görə də, bu cür yazılar mənə çox pis təsir edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB