Bir çox sayıtların verdiyi məlumata görə, "Elit Star" Cəmilə Bərdə toylarının birindən qovulub. Hadisə bir neçə ay öncə Bərdədə baş verib. El şənliyinə dəvət olunan ifaçı toyda bir neçə mahnı ifa edib. Lakin ifasından sonra müğənnini toydan qovublar. Hətta üstəlik pulunu da verməyiblər. Buna səbəb isə Cəmilənin el şənliyində özünü pis aparması olub.
Məsələ ilə bağlı ifaçının özü ilə əlaqə saxladıq. Cəmilə SİA-ya açıqlaması zamanı yayılan xəbəri təkzib edərək bunun yalan olduğunu dedi: "Mən ümümiyyətlə Bərdə toylarına getmirəm. Buna səbəb isə Bərdə camaatının muğamı çox sevməsidir. Mən də muğam ifaçısı olmadığıma görə o, el şənliklərində iştirak etmirəm. Nəzərinizə çatdırım ki, ən çox toylara dəvət aldığım yer Bakı və Gəncədir. Odur ki, mənim haqqmda gəzən şayə kökündən yalnışdır".
Qeyd edək ki, "Elit Star" Cəmiləyə Azərbaycanın Bülent Ersoyu da deyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB