Klipmeyker Nail Naiboğlu müğənni Zarina Məmmədova üçün yeni klip çəkib. SİA-nın verdiyi xəbərə görə, müğənni ifa etdiyi "Qayıtmadı" adlı yeni mahnısının sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsusdur. Müğənni klipdə tərəf müqabili olaraq gənc teleaparıcı və musiqiçi Sami Orucu seçib.
Z.Məmmədova 2013-cü ilin ilk klipi olan "Qayıtmadı" süjet xəttində iki gəncin sevgisindən bəhs olunub. Bir neçə obrazı canlandıran müğənninin imici üzərində stilist-vizajist Elnur Həsənov çalışıb.
Ağ-qara görüntüdə çəkilən klipin prodüseri Pərviz Oqtayoğlu, operatoru Elmir Süleymanov və montaj müəllifi Emin Muradovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB