Azərbaycanın əməkdar artisti Azərin Türkiyənin TRT Avaz telekanalında aparıcısı olduğu "Azərinlə bir Avaz" proqramına növbəti Azərbaycan sənətçisini dəvət edib. SİA-nın verdiyi xəbərə görə, verilişin qonaqları muğam ifaçısı Bəyimxanım Vəliyeva və Özəbəkistanın tanınmış müğənnisi Munisaxon Rizayevadır. Bu dəfə də əməkdar artistimiz qonaqları ilə ortaq türk mədəniyyətindən, o cümlədən, Azərbaycan musiqisindən, muğamlarından danışacaq.
Nəzərinizə çatdıraq ki, Azərin xanım Türkiyədə fəaliyyəti dövründə aparıcısı olduğu verilişində dəfələrlə Azərbaycan sənətçilərini dəvət edib. Həm qardaş ölkədə, həm də digər xarici ölkələrdə mədəniyyətimizi maksimum şəkildə təbliğ etməyə çalışan Azərin bu istiqamətdə daha fərqli layihələrə imza atmağa çalışır, yeni layihələr üzərində işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB