Hülya Avşarın fanatları bunun üçün əlindən gələni edib
Türkiyəli müğənnilər Gülbən Ərgən və Hülya Avşarın düşmənçiliyi demək olar ki, hər kəsə bəllidir. Sonuncu dəfə müğənni Gülbən Ərgən həmkarını təbii heyvan dərisindən kürk geyindiyi üçün qınaması mediada geniş müzakirələrə səbəb olub. Hülya Avşar özü Gülbənə cavab verməkdən və məsələni şərh etməkdən yayınsa da, Avşar qızının fanatları Gülbən Ərgənə dediyi sözləri yedirtməyi bacarıb. Belə ki, Hülya fanatları ötən il Gülbənin "Şanel"dən olan təbii dəridən hazırlanmış uzunboğaz çəkmələr geyindiyi şəklini paylaşaraq ələ salıblar.
Burada lap ataların bir misalı yadıma düşdü: "Öz gözündə tiri görməyən başqasında çöp axtarır".anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB