Mila “Yaşandı” bitdi deyəcək FOTO

Mila “Yaşandı” bitdi deyəcək FOTO

"Maqnit", "Özünü ələ al", "Gülə-gülə", "Məni görəcəksən" kimi populyar mahnıların ifaçısı Mila yeni hitini təqdim edəcək. Bu barədə SİA-ya məlumat verən müğənninin sözlərinə görə, yeni kompozisiya "Yaşandı" adlanır.

O bildirib ki, iki versiyada hazırlanan mahnının musiqisi sevilən və istedadlı bəstəkar Pərviz Mahmuduv, sözləri Aygün İsmayılovaya məxsusdur: "Mahnının mənə çox uğur gətirəcəyinə inanıram. Çünki Pərviz mahnılarının "kralı"nı mənə verib. Bu mahnıda səs imkanlarımdan geniş istifadə etmişəm. "Yaşandı"nın lirik versiyasını Rəhman, akustik variantını isə Emin Kərimi aranjeman edib. Artıq klip çəkilişlərinə hazırlaşırıq".

Milanın sözlərin görə, kompozisiyanın musiqisi məhəbbəti anlayan hər kəsin qəlbinin sarı simlərinə toxunacaq. Müğənni onun yaradıcılıq yollarında süni maneələr yaradanlardan da danışdı: "İstedadı və zahiri görünüşü səhnə üçün uğurlu insanların paxıllıq çəkənləri də olur. Lakin yolumu kəsmək istəsələr də, buna nail ola bilmədilər. Nəticədə rüşvətxor əməllərinə görə rəhbərlik tərəfindən ifşa edilərək işdən azad edildilər. ATV telekanalına təşəkkür edirəm ki, onlar da öz növbəsində korrupsiyaya qarşı mübarizə aparmaqla istedadlı insanları dəstəkləyirlər".

Qeyd edək ki, "Yaşandı" nakam məhəbbətdən bəhs edir. Kompozisiya gələn həftədən radio dalğalarında eşidiləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə