Şou-biznesin facebook keyfi FOTOSESSİYA

Şou-biznesin facebook keyfi FOTOSESSİYA

SİA bu dəfə də facebook sosial şəbəkəsində aktiv olan şou-əhlinin səhifələrinə nəzər saldı:

Xalq artisti Faiq Ağayevin səhifəsində bir xanımla maraqlı şəklinə rast gəldik: Cənab Qızıl Şlyager bu halından məmmundur.

Nura Suri yenə də özünü çəkir. Cazibədar müğənni 36 yaşında mükəmməl bədən görünüşünü bir daha nümayiş etdirir.

Teleaparıcı Zaur Nəbioğlu isə özünə yeni dost tapıb. Axı ən sadaqətli dostlar məhz itlərdir deyirlər. Maraqlısı isə budur ki, bu, prodüsser Tolikin itidir. Deyəsən, Zaur başa düşüb ki, Tolikin dostları ilə yaxşı münasibət saxlamaq lazımdır.

Zamiq Hüseynov elə hey iş başındadır. Müğənni səsyazma studiyasına yeni mahnısını lentə aldırır: Lap yaxşı, bəs yanındakı kimdir?

Türk teleməkanında daha da populyarlaşan, TRT Avazın siması Arzu Əsgərova ilə məşhur maqazin yazarı Şahin Cavadsoy da yaman mehribandır. Yenicə istirahətdən dönən Şahin ilk növbədə Arzu və onun oğlu Ümidlə görüşüb. Həmkarlar məhz bu şəkilləri ilə "göz çıxardır".

Aparıcı Nanə Ağamalıyeva yenə də ənənəsinə sadiq qalaraq canlı efirindən öncə şəkil çəkdirir. Özü də bu dəfə tək deyil, iş yoldaşı ilə birgədir: Nanə, qızın başından müğayət ol!

Ayan Babakişiyeva yenə də fərqli şəkil çəkdirib. Müğənni bu dəfə adət etdiyimiz ölçülərdən daha böyük olan eynəyini göstərir. Şəkli isə onun daimi stilisti Səbinə İmanova çəkib. "Səbinə xanım, bəs niyə rəng çalarlarına fikir verməmisiz?

Sevda Yahyayevanın keçmiş prodüsseri Pərviz Əsgərov isə "laçın" vaxtlarını yada salıb. O, əsgərlikdə çəkdirdiyi şəklini gündəmə gətirib.

106.3-dən dinlədiyimiz səs- Elvira İsmayılova da həmkarlarına qoşuldu. Onun yeni fotosu isə düşünməyə vadar edir.

Əməkdar artist Aybəniz Haşımova isə qızı Aynişanın fotosunu paylaşıb. Deyəsən, müğənni həmkarı Rəqsanə İsmayılovanın adətinə əməl edir, qızının şəkillərini paylaşır: Aynişan, bir az da zildən...

Rəqsanə demişkən, buda o! Müğənni yenə də qızları ilə çəkdirdiyi fotonu nümayiş etdirir: Yağmur, mamanı qucaqla.

Məşhurluqda heç də anasından geri qalmayan Aysun İsmayılova da Moskvada çəkdirdiyi şəkli bolüşüb: Pis yaşamırsan, amma...

Xəzər TV-nin simalarından olan teleaparıcı Aytən Əliyevanın səhifəsindəki şəkildən isə heç nə anlamadıq. Bir o görünür ki, fotoda onun oğlu Məhəmməd də var. Ancaq ana-bala nə edir, bilmədik: Aytən, əlcəklərini unutmusan?

Səxavət Nur Elza Seyidcahan "maniyasına" tutulub. Əməkdar artisti verilişində qonaq edən aparıcı şəkil çəkdirməyi unuda bilməzdi! Axı bu, Elza Seyidcahandır: Gülümsəyin!

Əməkdar artist Abbas Bağırov və bəstəkar Nazim Məmmədov hələ də Türkiyə ab-havasındadır. Qardaş ölkəni gəzib dolaşan dostlar, şəkil paylaşmaqdan bezmədilər.

Stilist Anar Ağakişiyev isə Dubayın dadını çıxarır: Anar, niyə utanırsan? Burda nə var ki?

Nə yaxşı müğənni Sevinc Ağaşirinova ötən il mükafat alıb. Yoxsa 19 gündür hansı mövzu ilə səhifəsini yeniləyərdi: Mübarəkdir ay Sevinc!

Bəstəkar-aparıcı Murad Arif isə həmkarı Nurlana ilə apardığı məclisin görüntüsünü yerləşdirib. Murad şəkil çəkdirdiyi üçün sevinir. Nurlana isə hələ də 106.0 FM dalğasının rəhbəri keçdiyi üçün şəkil çəkdirdiyinin belə fərqində deyil, sadəcə gülümsəyir, özü də rəhbərsayağı. Kim olsa gülər də!

Şimal bölgəsində məşhur olan teleaparıcı Azər Suleymanlı isə yenə də xanımların diqqətindədir. Görün, fanat qızlar onun üçün nə hazırlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə