Azərbaycan şou-biznesinin tanınmış rəqqasəsi Oksana Rəsulova şəxsi həyatından danışıb. Rəqqasə boşanmaq üzrə olan həyat yoldaşı Elşad Xoseni xatırlayaraq hələ də onu sevdiyini etiraf edib. Telekanalların birində açıqlama verən Oksana onunla keçirdiyi günləri heç vaxt unutmayacağını dilə gətirib: "Artıq Elşadla 1 aydan sonra rəsmi boşanacağıq. Amma onunla keçirdiyim günləri və toyumuzu yaddan çıxarmayacam. O uzaqda olsa da, hər zaman ürəyimdə qalacaq. Amma sözügedən şəxs mənim yanımda ola bilməz. Çünki onu yanımda olmağını mən istəmirəm. Bundan sonrakı aqibəti isə mənə maraqlı deyil. Çünki o, artıq öz yolunu seçib. Əsas odur ki, məndən uzaq olsun. Amma Elşadı heç vaxt silməyəcəm. Çünki hələ də onu sevirəm".
Qeyd edək ki, rəqqasə xanım hələlik ana olmaq istəmir. Buna səbəbin isə içindəki analıq hissini Elşad Xosenin bitirməsi olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB